Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatına çıxdı 

23:32 - 05 İyun 2025

Özbəkistan millisi tarixdə ilk dəfə dünya çempionatına çıxdı 

Özbəkistan milli komandası tarixində ilk dəfə futbol üzrə dünya çempionatının final mərhələsində iştirak edəcək. 


Manset.az xəbər verir ki, özbəklər final mərhələsinin 9-cu turunda səfərdə Birləşmiş Ərəb Əmirliklərinin millisi ilə qarşılaşıb. Matç 0:0 hesabı ilə yekunlaşıb.

Bununla da sona bir tur qalmış Özbəkistan millisi DÇ-2026-ya vəsiqəni təmin edib. Özbəklərin yarışdığı A qrupunda daha əvvəl İran millisi (hazırda 9 oyundan 21 xalı var) mundiala vəsiqə qazanmışdı. İkinci vəsiqənin sahibi isə özbəklər olub (9 oyundan 18 xal). 

Bugünkü heç-heçə onların BƏƏ üzərində dörd xallıq üstünlüyünü qorumağa imkan verib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun - 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv