İkinci yarımfinalda 9 qol vuruldu - UEFA Millətlər Liqası

09:12 - 06 İyun 2025

İkinci yarımfinalda 9 qol vuruldu - UEFA Millətlər Liqası

UEFA Millətlər Liqasında ikinci finalçı məlum olub.


Manset.az xəbər verir ki, yarımfinalın ikinci oyununda İspaniya millisi komandası Fransa yığması ilə qarşılaşıb.

Ştutqartda baş tutmuş matçda "qırmızı furiya" fransızları məğlub edərək finala adlarını yazıblar – 5:4. Oyunda fərqlənənlər Uilyams (1:0), Merinos (2:0), Yamal (3:0), Pedri (4:0) Mbappe (4:1), Yamal (5:1) Şerki (5:2), Vivian (5:3) və Kolo-Muani (5:4) olub.

Qeyd edək ki, birinci yarımfinalda Portuqaliya Almaniyanı 1:2 hesabı ilə məğlub etmişdi. Beləliklə, həlledici qarşılaşmada azarkeşləri Ronaldu – Yamal dueli də gözləyir.

Bürünc medal uğrunda matç və final bu ayın 8-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv