“Zirə” yeni futbolçu ilə anlaşıb.
Manset.az xəbər verir ki, bu barədə klubun saytı məlumat verib.
Bildirilib ki, komanda Yeqor Boqomolskiylə iki illik müqavilə bağlayıb.
25 yaşlı belaruslu hücumçu son olaraq “Neftçi”də çıxış edib.
Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk” klublarında da forma geyinib.