Üçqat olimpiya çempionundan yeni dünya rekordu

15:16 - 08 İyun 2025

Üçqat olimpiya çempionundan yeni dünya rekordu

Kanadalı üçqat olimpiya çempionu Sammer Makintoş 400 metrə sərbəst üsulla üzmək üzrə yeni dünya rekordu müəyyənləşdirib.

 

Manset.az xəbər verir ki, 18 yaşlı idmançı Kanadada keçirilən yarışda məsafəni 3 dəqiqə 54,18 saniyəyə qət edib.

Bundan əvvəlki dünya rekordu (3 dəqiqə 55,38 saniyə) avstraliyalı dördqat olimpiya çempionu Ariarna Titmusa məxsus idi.

Makintoş daha bir dünya rekorduna sahibdir. O, 16 yaşında 400 metr məsafəyə kompleks üsulla üzmək (4 dəqiqə 24,38 saniyə) üzrə fərqlənib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv