“Borussiya Dortmund” 20 yaşlı ingiltərəli hücumçu Ceymi Bynou-Qittens üçün “Çelsi”dən gələn 35 milyon avroluq təklifi rədd edib.
Manset.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, Almaniya klubu futbolçunun satışından minimum 50 milyon avro gəlir əldə etmək istəyir. London təmsilçisi təklifini bonuslarla artırmağı planlaşdırır.
Qittensin Dortmund klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm o, 48 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.