İtaliya A Seriyasının nəhəng klubu “İnter”in təcrübəli yarımmüdafiəçisi Hakan Çalhanoğlunun “Qalatasaray”a dönüşü gündəmdədir.
Manset.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı ulduz futbolçunun karyerasında yeni səhifə açmaq istədiyi, sarı-qırmızılı klubun isə ona ciddi maraq göstərdiyi bildirilir.
"Qalatasaray" rəhbərliyi, Hakan Çalhanoğlunu illik 10 milyon avro məvaciblə razı salmağa çalışır. Klub, onun həm meydandakı oyun keyfiyyəti, həm də simvolik dəyəri baxımından strateji bir transfer olduğunu düşünür.
Hazırda “İnter”lə müqaviləsi 2027-ci ilə qədər davam edən Hakan üçün İtaliya klubu 40 milyon avro dəyərində ilkin transfer qiyməti müəyyən edib. Lakin onun yaşı və yüksək maaşı nəzərə alınaraq, bu rəqəmdə güzəştə gedilə biləcəyi qeyd olunur.
Transfer prosesinə damğa vuran məqam isə "İnter" klubunun takas təklifi olub. İtalyanlar, Hakan Çalhanoğlu əvəzinə 25 yaşlı braziliyalı yarımmüdafiəçi Gabriel Saranı “Qalatasaray”a təklif edib. İnter üçün iqtisadi baxımdan daha davamlı bir seçim olan bu təklif, "Qalatasaray" tərəfində texniki və maliyyə baxımından qeyri-bərabər hesab edildiyi üçün rədd edilib.