Messi tarix yazdı - Mümkünsüzü mümkün etdi

15:31 - 20 İyun 2025

Messi tarix yazdı - Mümkünsüzü mümkün etdi

FIFA Klub Dünya Çempionatında Lionel Messinin Inter Miami forması ilə vurduğu qol, həm komandasının meydandakı gücünü bir daha nümayiş etdirdi, həm də ABŞ futbolunun Avropa klublarına qarşı "məğlubedilməzlik" stereotipini qırdı.


Manset.az-ın məlumatına görə, bu, klubun Avropa komandasına qarşı ilk rəsmi qələbəsi olmaqla yanaşı, MLS təmsilçisinin FIFA tərəfindən təşkil olunan rəsmi bir turnirdə əldə etdiyi ilk uğur kimi tarixə düşdü – və bu uğurun müəllifi də məhz Messi oldu.

Qələbədən sonra Lionel Messi görüşü belə şərh edib:

“Yüksək səviyyəli Avropa klubuna qarşı oynadıq. Bu gün biz meydanda üstün idik. İndi isə bizi çətin Palmeiras oyunu gözləyir.”

MLS-in əsas ulduzu kimi Messi, ABŞ futbolunun Avropa klublarına qarşı yüksək səviyyədə rəqabət apara biləcəyini sübut etdi. Bu qələbə təkcə Inter Miami üçün deyil, həm də Amerika qitəsində futbolun inkişaf səviyyəsi baxımından önəmli bir mərhələ kimi yadda qaldı.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az