Arda Güler bu siyahıda ilk 10-luqdadır

17:58 - 20 İyun 2025

Arda Güler bu siyahıda ilk 10-luqdadır

Dünyanın 60 futbol liqasında 21 yaş altında olub, ən effektiv qısa pas verən futbolçular siyahısında Arda Güler 7-ci yerdə yer alıb.


Manset.az xəbər verir ki, CIES-in (Beynəlxalq İdman Araşdırmaları Mərkəzi) məlumatına əsasən, Arda Güler 21 yaşdan kiçik oyunçular arasında ən effektiv qısa pas verən futbolçuların ilk 10-luğunda yer alır.

Siyahının birinci pilləsində, hər 90 dəqiqədə 10 metrdən qısa məsafəyə ən effektiv pas verən oyunçu Danimarkanın Nordsjaelland klubunda çıxış edən Caleb Yirenkyi olub. İkinci yerdə isə İngiltərənin Middlesbrough klubundan Ben Doak qərarlaşıb.

Üçüncü sırada Fransanın PSG klubunun gənc ulduzu Désiré Doué yer alıb. Dördüncü sıranı daha bir Nordsjaelland oyunçusu Juho Lahteenmäki tutub. Beşinci pillədə isə Portuqaliyanın Famalicao komandasının üzvü Mathias de Amorim yer alıb.

Altıncı sırada daha bir Nordsjaelland oyunçusu Lucas Högsberg olub – bu klubdan siyahıya daxil olan üçüncü futbolçu kimi diqqət çəkir.

Real Madrid klubunda çıxış edən Arda Güler isə 7-ci sırada yer alır. Onun ardınca sırasıyla Kızılyıldız'dan Andrija Maksimovic, Kösice'dən Jakup Jakubko və Lille klubundan Ngal’ayel Mukau qərarlaşıblar.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az