"Fenerbahçe" milyonları gözə alır - Avropa nəhəngləri ilə rəqabətə başlayır

22:59 - 20 İyun 2025

\"Fenerbahçe\" milyonları gözə alır - Avropa nəhəngləri ilə rəqabətə başlayır

Yeni mövsümdə çempionluq həsrətinə son qoymaq istəyən "Fenerbahçe" transfer çalışmalarını davam etdirir. İddialı heyət qurmağı planlaşdıran klub  baş məşqçi Jose Mourinhonun da təsdiqi ilə ulduz futbolçularla danışıqlara başlayıb.


Manset.az-ın məlumatına görə, Türkiyə təmsilçisi transfer üçün ciddi büdcə ayırmağa hazırlaşır.

"Fenerbahçe" PSV Eindhoven-də çıxış edən Belçikalı futbolçu Johan Bakayoko ilə maraqlanır. 

Sol ayaqlı futbolçunun Transfermarkt-dakı cari dəyəri 30 milyon avro təşkil edir. Bakayoko ötən mövsüm 47 matçda meydana çıxaraq 12 qol və 3 assistlə yadda qalıb.

"Fenerbahçe"nin bu transfer uğrunda Avropanın aparıcı klubları ilə rəqabət aparacağı gözlənilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az