Neymar transfer qərarını verdi - 6 aylıq müqavilə

09:08 - 25 İyun 2025

Neymar transfer qərarını verdi - 6 aylıq müqavilə

Braziliyanın dünyaca məşhur futbolçusu Neymar ölkəsinin “Santos” klubu ilə müqaviləsini daha 6 ay müddətinə uzadıb.


Manset.az xəbər verir ki, bu barədə “Santos” klubu məlumat yayıb. 

Məlumata görə, Neymarın cari müqaviləsi iyunun 30-da başa çatmalı idi. Lakin tərəflər razılığa gələrək sözləşməni ilin sonuna qədər davam etdirmək qərarına gəliblər. Eyni zamanda müqavilənin sonunda 1 illik uzadılma imkanı da nəzərdə tutulub.

Qeyd edək ki, Neymar ötən ilin yanvar ayında “Santos”a qoşulub. O, indiyədək komandanın heyətində 12 oyuna çıxıb, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az