ABŞ-də təşkil olunan Klublararası dünya çempionatında daha bir qrupda 1/8 finalçılar bəlli olub.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, E qrupunun 3-cü turunda İtaliya “İnter”i ilə Meksika “Monterrey”i 1/8 finala yüksəlib.
Milan təmsilçisi Argentinanın “River Pleyt” klubuna 2:0 hesabı ilə qalib gəlib.
İspaniya millisinin sabiq üzvü Serxio Ramosun çıxış etdiyi “Monterrey” isə Yaponiyanın “Urava” komandasını darmadağın edib – 4:0.
"İnter" (İtaliya) - "Rİver Pleyt" (Argentina) - 2:0
Qollar: Esposito, 72, Bastoni, 90+3
"Rava" (Yaponiya) - "Monterrey" (Meksika) - 0:4
Qollar: Deossa, 30, Berterame, 36, Korona, 39, Berterame, 90+7
Nəticədə xalını 7-yə çatdıran “İnter” liderliyə yüksəlib. 5 xala malik “Monterrey” isə qrupu ikinci pillədə tamamlayıb. “River Pleyt” (4) və “Urava” (0) qrupda qalıb.