"Sabah" yeni transferini açıqladı - Rəsmi

16:12 - 27 İyun 2025

\"Sabah\" yeni transferini açıqladı - Rəsmi

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 


Manset.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Masazır təmsilçisi Stiv Solvetlə 2 illik müqavilə imzalayıb. 29 yaşlı mərkəz müdafiəçisi karyerası ərzində Fransanın “Strasburq B” (2014–2018), “Dijon B” (2018–2019), “Berjerak” (2019–2020), “Set” (2020–2022), “Orlean” (2022–2024) və “Martiq” (2024–2025) klublarının formasını geyinib.

Qeyd edək ki, Qvadelupa yığmasının üzvü olan Solvet, milli komandada 13 oyunda 2 qola imza atıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az