Bu məşhur klub Osimhen transferi üçün hərəkətə keçdi

09:29 - 01 İyul 2025

Bu məşhur klub Osimhen transferi üçün hərəkətə keçdi

İtaliya A Seriyasının "Yuventus" klubu Nigeriya millisinin hücumçusu Viktor Osimheni heyətinə qatmaq üçün işləri sürətləndirir. Ötən mövsümü icarə əsasında Türkiyənin "Qalatasaray" klubunda keçirən Osimhenin gələcəyi hələlik qeyri-müəyyəndir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" və Səudiyyə Ərəbistanının "Əl Hilal" klubu da futbolçunu transfer etmək istəyib, lakin nəticə əldə olunmayıb.

İtalyan jurnalist Gianluca di Marzio-nun məlumatına görə, "Yuventus" həm Osimhen, həm də "Lill"dən Conatan David ilə maraqlanır. Klub artıq Osimhenlə maaş və şərtlər üzrə razılığa gəlib və "Napoli" ilə danışıqlara başlayacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az