"Çelsi"nin hücumçusu Joao Feliks Səudiyyə Ərəbistanına keçmək ərəfəsindədir.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Portuqaliyalı oyunçu ilə bir neçə klub, o cümlədən “Əl-Nassr” maraqlanır.
Lakin “Əl-Nassr” yalnız o zaman Feliksi transfer etməyə hazırdır ki, səudiyyəlilərin əsas hədəfi olan “Liverpul”un futbolçusu Luis Diazı ala bilməsinlər.
23 yaşlı futbolçu ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan” klubunda keçirib. O, bütün yarışlarda 21 oyuna çıxaraq 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Joao Feliksin bazar dəyəri 127,2 milyon avro olaraq qiymətləndirilir.