Türkiyə təmsilçisi "Fənərbağça" klubu ilə anlaşan Kolumbiya millisinin futbolçusu Con Duran İstanbula gəlib.
Manset.az xəbər verir ki, 21 yaşlı hücumçunu hava limanında klub rəhbərliyi və azarkeşlər qarşılayıblar.
Müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna məxsus olan forvard tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacaq.
Qeyd edək ki, "Fənərbağça"nın Con Duranı 1 və ya 2 illik icarəyə götürəcəyi gözlənilir.