İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Çelsi" növbəti transferini rəsmiləşdirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni baş məşqçi Enzo Mareskanın rəhbərlik etdiyi London təmsilçisi yay transfer pəncərəsində artıq yeddinci futbolçunu heyətinə qatıb.
Klub bu dəfə Almaniyanın "Borussiya Dortmund" komandasından Ceymi Gittensi heyətinə cəlb edib.
Uels əsilli gənc futbolçunun transferi ilə bağlı danışıqlar bir müddətdir davam edirdi. Tərəflər Klublararası Dünya Çempionatından əvvəl razılığa gəlmək istəsələr də, ilkin mərhələdə razılaşma mümkün olmamışdı. Lakin son mərhələdə aparılan danışıqlar nəticə verib və tərəflər transferi rəsmiləşdiriblər.
Qeyd edək ki, "Çelsi" bundan əvvəl “Brayton”dan Joao Pedronu da transfer etmişdi.