"Kəpəz" "Araz Naxçıvan"a məğlub oldu

20:11 - 12 Sentyabr 2025

\"Kəpəz\" \"Araz Naxçıvan\"a məğlub oldu

Misli Premyer Liqasının IV turunda "Kəpəz" "Araz Naxçıvan"a məğlub olub.


Manset.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:0.

Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın heyətində Slavik Alxasov (65-ci dəqiqə) və Bar Kohen (86-cı dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra "Araz Naxçıvan" xallarını 10-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəlib. 12-ci pillədə qərarlaşan Gəncə təmsilçisi "Kəpəz"in isə hələ də xalı yoxdur.

Qeyd edək ki, IV tura sentyabrın 14-də yekun vurulacaq.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az