Məşhur futbolçu ilə bağlı ARAŞDIRMA BAŞLADILDI

15:00 - 03 Oktyabr 2025

Məşhur futbolçu ilə bağlı ARAŞDIRMA BAŞLADILDI

Super Liqada "Antalyaspor"a qalib gələrək uğursuz oyunlara son qoyan "Fənərbaxça"nın transfer gündəmi ilə bağlı mühüm iddia ortaya atılıb.


Manset.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Türkiyə Futbol Federasiyasının (TFF) "Fənərbağça"nın sabiq baş məşqçisi Hakan Safi ilə futbolçu Kerem Aktürkoğlu arasında bağlanan müqavilə ilə bağlı araşdırmaya başladığı iddia edilib.

Mətbuatda əksini tapan məlumata görə, “Fənərbağça”nın TFF-yə təqdim etdiyi rəsmi müqavilədə Kerem Aktürkoğlunun maaşının minimum əmək haqqı səviyyəsində və ya simvolik rəqəmlə “1907 TL” göstərildiyi bildirilib.

Reallıqda isə oyunçunun gəlirinin böyük hissəsinin keçmiş menecer Hakan Safi və ya Safi Holdinq vasitəsilə ört-basdır olunduğu deyilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az