Türkiyəli gənc futbolçu Kenan Yıldızın bazar dəyəri yenilənib və o, Türk futbol tarixində ən yüksək dəyərə sahib oyunçu adını qazanıb. Məşhur futbol məlumat platforması olan Transfermarktın məlumatına görə, hazırda İtaliyanın “Juventus” klubunda çıxış edən Kenan Yıldızın dəyəri 75 milyon avroya yüksəlib.
Manset.az xəbər verir ki, son aylarda nümayiş etdirdiyi təsirli performans sayəsində həm İtaliyada, həm də Avropada diqqət mərkəzinə düşüb. Bu çıxışlar onun bazar dəyərinin qısa müddətdə kəskin artmasına səbəb olub.
Əvvəllər 50 milyon avro dəyərində qiymətləndirilən futbolçunun bazar qiyməti 25 milyon avro artaraq 75 milyon avroya çatıb. Onun ardınca 60 milyon avro dəyəri ilə "Real Madrid"in oyunçusu Arda Güler gəlir.