"Real Madrid"in ulduzundan ETİRAF - "Futbolu tərk etməyi düşünürəm"

12:20 - 09 Oktyabr 2025

\"Real Madrid\"in ulduzundan ETİRAF - \"Futbolu tərk etməyi düşünürəm\"

"Real Madrid"in ulduzu Eder Militao AÇL-də ardıcıl iki zədə aldığı üçün futbolu tərk etməyi düşündüyünü bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, "İspaniya La Liqa" komandalarından biri olan "Real Madrid" in braziliyalı müdafiəçisi Eder Militao ardıcıl çarpaz bağ zədələri dövründə başına gələnləri açıqlayıb.

Uzun fasilədən sonra yenidən Braziliya Millisinə çağırılan 27 yaşlı müdafiəçi zədə dövrünün onun üçün kifayət qədər çətin keçdiyini bildirib.

Militao ailəsinin və yaxınlarının dəstəyi ilə çətin günlərini danışaraq, "İkinci dəfə zədə aldığım zaman ruhi cəhətdən çox çətin dövrlər yaşadım. Hətta futbolu tərk etməyi də düşündüm. Son iki il mənim üçün çox çətin oldu. İki çox çətin zədə aldım. İkinci zədəm birincisindən daha çətin oldu, çünki bu prosesdə nə yaşayacağımı bilirdim" - deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az