32 yaşlı avstraliyalı idmançı Jade Henderson on ilə yaxındır davam edən rekordu qıraraq Ginnesin rekordlar kitabına düşüb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, o, bir saat ərzində “turnik”də 733 çəkmə hərəkəti həyata keçirərək, avstraliyalı Eva Klarkın 2016-cı ildə müəyyən etdiyi 725 rekordunu geridə qoyub.
Yeni dünya rekorduna nail olmaq üçün Henderson dəqiqədə orta hesabla 12-dən çox çəkmə edib.
“Mən həmişə heç kimin əvvəllər etmədiyi bir şeyi etmək fikrini sevmişəm. Ağlım və bədənimin nəyə qadir olduğunu görmək istəyirdim”, - deyə o bildirib.