"Qalatasaray"ın əsas diqqəti baş məşqçi Okan Burukun yeni müqaviləsindədir. Prezident Dursun Özbek may seçkilərində yenidən seçiləcəyi təqdirdə müvəffəqiyyətli menecerlə 2+1 illik yeni müqavilə imzalamağa hazırlaşır.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, yeni müqavilə təcrübəli menecerin qazancını 4 milyon avroya çatdıracaq.
Okan Buruk hazırda illik 110 milyon türk lirəsi,üstəgəl İstehlak Qiymətləri İndeksi (CPI) qazanır. Yeni müqavilə təcrübəli menecerin qazancını 4 milyon avroya çatdıracaq. Bununla "Qalatasaray" klub tarixində bir menecer üçün ən yüksək maaşlardan birini ödəyəcək.