Qurban Qurbanovdan Yankoviçlə bağlı AÇIQLAMA

23:52 - 17 Oktyabr 2025

Qurban Qurbanovdan Yankoviçlə bağlı AÇIQLAMA

"Yankoviçi daha çox oynatmaq istəyirdim".


Manset.az xəbər verir ki, bunu "Turan Tovuz" - "Qarabağ" oyunundan sonra Qurban Qurbanov zədədən qayıdan Yankoviçin qarşıdakı görüşdə meydana çıxıb-çıxmayacağı barədə suala cavabında deyib.

O bildirib ki, Yankoviçi 30 dəqiqə oynatmağı nəzərdə tutmuşduq:

"Lakin yalnız 15 dəqiqə oynadı. Meydan da sürüşkən idi. Ona görə ehtiyatlandıq. Qarşıda keçirəcəyimiz məşq sessiyalarından sonra onun "Atletik Bilabo" ilə oyunda iştirak edib-etməməsi barədə dəqiq qərar veriləcək".

Q.Qurbanov UEFA Çempionlar Liqasının III turunda "Atletiko Bilbao" ilə keçiriləcək oyun barədə də danışıb:

"Rəqiblə bir az maraqlanmışam, amma tam analiz etməmişik. "Atletik Bilbao" ən dinamik oyun sərgiləyən komandalarından biridir və bu, statistikada da öz əksini tapır. Çalışacağıq ki, öz oyunumuzu oynayaq".



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az