“Barselona” klubu 18 yaşlı hücumçusu Lamin Yamalın futboldan kənar davranışlarından narahatdır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi son aylarda futbolçunun şəxsi həyatı və gündəlik davranışında müşahidə olunan bəzi hallardan narazıdır.
“Laminin şəxsi həyatı ilə bağlı müəyyən narahatlıq var. Bu, panikaya səbəb deyil, amma klub onun son dövrlərdəki davranış və həyat tərzini bəyənmir,” – deyə Karreño bildirib.
Xatırladaq ki, ötən yay Yamal 18 yaşını qeyd etdiyi ad günündə qonaqları əyləndirmək üçün liliput insanları işə götürməkdə ittiham olunmuşdu.
Bundan başqa, gənc futbolçunun PSJ ilə oyunöncəsi iclasa gecikdiyi, idman direktoru Dekonun isə baş məşqçi Hans-Diter Fliki onu start heyətindən kənarlaşdırmamağa razı saldığı iddia edilirdi.