"Mançester Yunayted" "Liverpul"u məğlub etdi

22:54 - 19 Oktyabr 2025

\"Mançester Yunayted\" \"Liverpul\"u məğlub etdi

İngiltərə Premyer Liqasında VIII turun mərkəzi oyunu keçirilib.


Manset.az xəbər verir ki, mövsümə uğursuz başlayan "Mançester Yunayted" səfərdə "Liverpul"un qonağı olub. "Enfild" stadionunda oynanılan qarşılaşma "qırmızı şeytanlar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mançester təmsilçisinin heyətində qolları Brayan Mbemo və Harri Maquayr vurublar. Mersisayd klubunda isə Kodi Qakpo fərqlənib. Bu nəticədən sonra xallarını 13-ə çatdıran "Mançester Yunayted" 9-cu pilləyə yüksəlib. "Liverpul" isə 15 xalla üçüncüdür.

Qeyd edək ki, turnir cədvəlinə 19 xalı olan "Arsenal" başçılıq edir. Liderdən 3 xal az toplayan "Mançester Siti" 2-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az