Mövsümün sonunda müqaviləsi başa çatacaq Mauro İkardinin meneceri diqqətçəkən açıqlamalar verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, "Qalatasaray" da müqaviləsi mövsümün sonunda bitəcək Mauro İkardi ilə bağlı qızğın gündəm davam edir .
İtaliya mətbuatına açıqlama verən menecer Pino hələ ki, "Qalatasaray"dan müqavilə yenilənməsi ilə bağlı onunla görüşmək üçün heç bir tələb almadıqlarını bildirib.
Həm Avropadan, həm də kənardan əhəmiyyətli təkliflər aldıqlarını da ifadə edən Pino, "Dekabr ayına qədər gözləyəcəyik, sonra başqa qərarlar verməkdə özümüzü daha sərbəst hiss edəcəyik" dedi.
İkardinin müqaviləsi yenilənməsə, ulduz hücumçunun yanvarda istədiyi klubla müqavilə öncəsi müqavilə imzalamaq hüququ var.