"Qalatasaray"ın nigeriyalı ulduzu Viktor Osimhenin yanvarın 1-dən İspaniya nəhəngi "Barselona"ya gedəcəyi deyilir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Qalatasaray”ın “Liverpul” və “Bodo-Qlimt”ə qalib gəlməsində böyük rol oynayan Viktor Osimhen Avropa futbolunun ən yaxşı hücumçularından biri olduğunu bir daha sübut edib.
Robert Levanwdowski ilə yollarını ayırmağı düşünən "Barselona"nın nigeriyalı ulduzun çıxışını yaxından izlədiyi bildirilir.
Qeyd edək ki, Viktor Osimhen haqqında artıq İspaniyə mətbuatı tərəfindən təriflər yağdırılmağa başlayıb. Bu da transfer xəbərinin doğruluq payının olduğunu sübut edir.