Həmyerlimiz erməninin kürəyini belə yerə vurdu... - VİDEO

22:25 - 21 Dekabr 2021

Həmyerlimiz erməninin kürəyini belə yerə vurdu... - VİDEO

Yunan-Roma güləşi üzrə Fransa klub çempionatına yekun vurulub.

Manşet.az xəbər verir ki, İslam Abbasovun heyətində yer aldığı "Şiltgem" həlledici görüşdə "Sarregimenes"lə qarşılaşıb.

Millimizin üzvü 2 çəkidə çıxış edib. Həmyerlimiz əvvəlcə 86 kq-da erməni Zaven Mikaelyana tam üstünlüklə qalib gəlib - 8:0.

Yarışın sonuncu görüşü İslam Abbasovla fransız Marius Mişon arasında keçirilib. Bu qarşılaşma ərəfəsində İslamın komandası 5:6 hesabıyla geridə olub. Məhz Abbasovun 94 kq-da Mişonu 9:0 hesabıyla məğlub etməsi sayəsində ümumi hesab bərabərləşib və əlavə göstəricilərə görə "Şiltgem" Fransa çempionu olub.

Beləliklə, güləşçimiz Fransada komandasının kubok qazanmasında əsas pay sahibi olub.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az