“Yuventus”un müdafiəçisi Federiko Qatti sıradan çıxıb.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, futbolçunun sağ dizində yırtıq aşkarlanıb. Bu səbəbdən müdafiəçinin yaxın günlərdə əməliyyat olunacağı bildirilir. Qattinin bərpa prosesinin ən azı bir ay çəkəcəyi və onun 2026-cı ilin yanvarına qədər yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Qeyd edək ki, Qatti İtaliya Kubokunun 1/8 final mərhələsində “Udineze” ilə qarşılaşmada (2:0) zədələnərək 56-cı dəqiqədə meydanı tərk edib.