AFFA-nın prezidenti Rövşən Nəcəf DÇ-2026-nın final mərhələsinin püşkatma mərasiminə qatılacaq.
Manset.az xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Mərasim ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf də püşkatma mərasimində iştirak edəcək.
Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.