Asiya Futbol Konfederasiyası (AFC) Millətlər Liqası turnirinin yaradılması barədə elan edib.
Manset.az bildirir ki, bu barədə məlumatı təşkilatın Mətbuat Xidməti yayıb.
Qeyd olunub ki, AFC Millətlər Liqası milli komandalar arasında rəqabət səviyyəsini artırmaq və kommersiya imkanlarını genişləndirmək üçün yaradılır. Layihənin icrasına yaxın vaxtlarda başlanacağı bildirilir, lakin dəqiq tarixlər açıqlanmayıb. Turnir FIFA-nın mövcud beynəlxalq oyun pəncərələri çərçivəsində keçiriləcək.
Hazırda AFC Asiya Kubokunu təşkil edir. Bu turnir hər dörd ildən bir keçirilir. Növbəti Asiya Kuboku 2027-ci ildə Səudiyyə Ərəbistanında 24 milli komandanın iştirakı ilə baş tutacaq.
Qeyd edək ki, bugünədək UEFA və CONCACAF (Şimali və Mərkəzi Amerika, Karib hövzəsi Futbol Konfederasiyası) öz Millətlər Liqası turnirlərini keçirirlər.