"Beşiktaş"ın sirr kimi saxladığı transfer üzə çıxdı

16:56 - 22 Dekabr 2025

\"Beşiktaş\"ın sirr kimi saxladığı transfer üzə çıxdı

"Beşiktaş" baş məşqçisi Sergen Yalçının dünya şöhrətli ulduz Jadon Sanchonu transfer etmək istədiyi üzə çıxıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, müdafiə və yan xətt üçün də transfer danışıqlarını davam etdirir.

"Beşiktaş"da ara transfer dövrü üçün işlər sürətlənib. Baş məşqçi Sergen Yalçının hesabatı əsasında hərəkət edən klub rəhbərliyinin dünya şöhrətli bir ulduz üçün transfer danışıqlarına başladığı məlum olub.

Sergen Yalçın Rizespor qarşısında 1-0 hesabı ilə əldə edilən qələbədən sonra transfer prosesi ilə bağlı mühüm ipucları vermişdi. Təcrübəli məşqçi, "Görüşdüyümüz oyunçular var. Serkan Reçber əlaqə saxlayır. 4-6 transfer etməyi planlaşdırırıq" - sözlərini söyləmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az