"Qalatasaray"da ilk ayrılıq - Klubun bu ulduzu gedir

15:25 - 30 Dekabr 2025

\"Qalatasaray\"da ilk ayrılıq - Klubun bu ulduzu gedir

Türkiyənin Super Liqasının ilk yarısını lider olaraq tamamlayan "Qalatasaray"da ilk ayrılıq baş verib. 


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, oyunçu Berkan Kutlu "Konyaspor" ilə müqavilə bağlamağa razılaşıb.

"Konyaspor"un açıqlamasına görə, təcrübəli futbolçu imza atmaq üçün Konyaya dəvət edilib.

"Qalatasaray" karyerasında 159 rəsmi matçda iştirak edən və 3 qol, 8 asistlə komandasına kömək edən 27 yaşlı orta sahə oyunçusunun hazırkı bazar dəyəri 2,5 milyon avro olaraq qiymətləndirilir. "Konyaspor"un yeni mövsüm planlarına uyğun olaraq Berkan Kutlu ilə yanaşı Deniz Türüç, Arif BoşlukSander Svedsen ilə də müqavilə bağlanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az