“Arsenal” qalib gəldi 

09:34 - 31 Dekabr 2025

 “Arsenal” qalib gəldi 

İngiltərə Premyer Liqası çərçivəsində "Arsenal" və "Aston Villa" komandaları qarşılaşıblar.


Manset.a Trend-ə istinadən bildirir ki, Londondakı "Emirates" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 48-ci dəqiqəsində "Arsenal"ın braziliyalı müdafiəçisi Qabriel Maqalyanes hesabı açıb. Dörd dəqiqə sonra ispan yarımmüdafiəçi Martin Zubimendi fərqi iki topa çatdırıb - 2:0. "Topçular"ın üçüncü qolunu 69-cu dəqiqədə belçikalı cinah oyunçusu Leandro Trossard vurub. 78-ci dəqiqədə braziliyalı hücumçu Qabriel Jesus hesabı 4:0 edib. Qarşılaşmanın son nöqtəsini isə 90+4-cü dəqiqədə Olli Uotkins vuraraq "Aston Villa"nın yeganə qoluna imza atıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az