"Qarabağ" Elvinlə bağlı qərar verdi 

14:35 - 31 Dekabr 2025

\"Qarabağ\" Elvinlə bağlı qərar verdi 

"Qarabağ" Elvin Cəfərquliyevlə yeni müqavilə imzalayacaq.


Manset.az xəbər verir ki, bu barədə klubdan sportinfo.az-a bildirilib.

Verilən informasiyaya görə, müdafiəçiyə təklif irəli sürülüb. 25 yaşlı cinah oyunçusu 3 illik kontrakt çağırışını müsbət qarşılayıb.

Onun hazırkı sözləşməsi gələn ilin yayınadək qüvvədədir. Millinin üzvü imzanı atandan sonra əməkhaqqısında da artım olacaq.

Son vaxtlar Elvinin adı Avropanın müxtəlif klubları ilə yanaşı hallanır. Fransadan "Nant" və "Sent-Etyen"in Cəfərquliyevlə yaxından maraqlandığı məlumdur.

İndi də İtaliyadan "Komo"nun azərbaycanlı oyunçuya təklif göndərdiyi deyilir. A Seriyasında mübarizə aparan komandanın həmyerlimizə 2 illik müqavilə ilə üz tutduğu söylənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az