Mbappenin durumu müəyyənləşdi

01:00 - 01 Yanvar 2026

Mbappenin durumu müəyyənləşdi

Madridin “Real” klubunun hücumçusu Kilian Mbappe zədələnib və təxminən 3 həftə meydandan kənarda qalacaq.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, fransalı futbolçuya diz bağlarının dartılması diaqnozu qoyulub. MRT müayinəsi zədənin xarakterini təsdiqləyib.

Mbappe yanvarın 4-də “Betis”lə La Liqa görüşünü və yanvarın 8-də “Atletiko” ilə İspaniya Superkubokunun yarımfinal oyununu buraxacaq.

2025/26 mövsümündə Mbappe 24 oyuna çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az