Nüfuzlu Transfermarkt portalı bu günə olan vəziyyətə görə dünyanın ən bahalı hücumçularının siyahısını tərtib edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, futbol dünyasında ən bahalı forvard adını eyni anda üç futbolçu bölüşür. Bunlar “Barselona”nın vingeri Lamin Yamal, “Mançester Siti”nin bombardiri Erlinq Haaland və “Real”ın hücumçusu Kilian Mbappedir. Hər üç futbolçunun bazar dəyəri 200 milyon avro olaraq göstərilib.
Lider üçlükdən sonra siyahıda “Real”ın digər futbolçusu Vinisius Junior yer alıb. Braziliyalı hücumçunun transfer dəyəri 150 milyon avrodur.
Daha sonra isə bazar dəyəri 130 milyon avro olan üç futbolçu qərarlaşıb: Bukayo Saka (“Arsenal”), Aleksander İsak (“Liverpul”) və Maykl Olise (“Bavariya”).