Braziliyanın “Atletiko Mineyro” klubu Mauro İkardinin transferi ilə maraqlanır.
Manset.az Fanat.az-a istinadən xəbər verir ki, Braziliya təmsilçisi argentinalı hücumçu ilə bağlı “Qalatasaray”dan məlumat alıb.
"Central do Galo" nəşrinin məlumatına görə, "sarı-qırmızılı" klub İkardinin mümkün transferi üçün qarşı tərəfdən 9,5 milyon avro tələb edir.
Məlumata əsasən, danışıqlar ilkin mərhələdədir və tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı yaxın günlərdə bəlli olacaq.