"Bavariya" yeni hücumçu transfer etdi 

01:30 - 04 Yanvar 2026

\"Bavariya\" yeni hücumçu transfer etdi 

Almaniyanın "Bavariya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi hücumçu Bara Sapoko Ndiayeni heyətinə qatıb.

18 yaşlı forvard Qambiyanın "Gambinos Stars Afrika" klubundan icarə əsasında transfer edilib. Gənc futbolçu cari mövsümün sonuna qədər Almaniya nəhənginin şərəfini qoruyacaq.

Qeyd edək ki, Vensan Kompaninin rəhbərlik etdiyi "Bavariya" hazırda Bundesliqada inamlı təsir bağışlayır. 15 turdan sonra 41 xal toplayan komanda turnir cədvəlinin lideridir. Münhenlilər növbəti oyununu yanvarın 11-də doğma meydanda "Volfsburq"a qarşı keçirəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az