"Qalatasaray"da 2 ayrılıq - Okan Buruk açıqladı

13:13 - 05 Yanvar 2026

\"Qalatasaray\"da 2 ayrılıq - Okan Buruk açıqladı

"Qalatasaray" futbol klubu 27 yaşlı orta sahə oyunçusu Berkan Kutlu ilə yollarını ayırdığını rəsmi olaraq açıqlayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub tərəfindən verilən açıqlamada Berkan Kutlu ilə keçirdikləri müddətin klub üçün əhəmiyyətli olduğu vurğulanıb. Açıqlamada deyilir: "Uşaqlıq arzusunu gerçəkləşdirən, sarı-qırmızı forma ilə meydana çıxdığı zaman hər zaman mübarizədən imtina etməyən Berkan Kutluya göstərdiyi əməklər üçün dərin təşəkkürümüzü bildiririk. Birlikdə qazandığımız uğurlar, yaşadığımız sevinc və həmrəyliyimiz həmişə xatırlanacaq və klubumuzun tarixində yer alacaq. Bu dönəm həm onun, həm də klubumuz üçün dəyərli anlarla dolu oldu. İnanırıq ki, o, gələcəkdə çox böyük uğurlara imza atacaq. Yolu açıq olsun!".

Berkan Kutlu "Qalatasaray"a 2020-ci ilin yayında transfer olunub və klubun ən önəmli orta sahə oyunçularından birinə çevrilib. 

Okan Buruk Berkan Kutlu ilə ayrılıq qərarının ardından sağ cinah oyunçusu Yusuf Demir ilə də yollarını ayırdıqlarını açıqlayaraq, "Yusuf Demir ilə danışdıq. Yollarımızı ayırma qərarı verdik" - sözlərini söyləyib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az