"Fənərbaxça" "Beşiktaş"da heyətə alınmayan təcrübəli qapıçı Mert Günok ilə razılaşdığı bildirilir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Anthony Musabanı heyətinə qatan Fənərbaxça transfer işlərinə davam edir.
Məlumatına görə, "Fənərbaxça" "Beşiktaş" formasını geyinən Mert Günok ilə 2.5 illik müqavilə imzalayıb.
36 yaşındakı qapıçı bu mövsüm "Beşiktaş" forması ilə 13 matçda iştirak edib.