2 futbol ulduzu oyunun ortasında dalaşdı

11:44 - 06 Yanvar 2026

2 futbol ulduzu oyunun ortasında dalaşdı

Afrika Millətlər Kubokunda dörddəbir finala yüksələn Nigeriyada komanda daxilində yaşanan mübahisə diqqət çəkib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Qalatasaray"ın ulduzu Viktor Osimhen "Fənərbaxça" ilə adı hallanan Ademola Lookman ilə gərginlik yaşamışdı.

Nigeriya Afrika Millətlər Kubokunun 16-cı turunda Mozambiklə qarşılaşıb. Nigeriya, Mozambik qarşısında 4-0 qalib gəlib.

Nigeriyaya qələbə qazandıran qolları 20-ci dəqiqədə Ademola Lookman, 25-ci və 47-ci dəqiqələrdə Viktor Osimhen və 75-ci dəqiqədə Akor Adams vurub.

Nigeriyada Viktor Osimhen ilə Ademola Lookman arasında matç içində yaşanan mübahisə diqqətə çarpıb.

Matçın 64-cü dəqiqəsində Nigeriyanın futbolçusu Viktor Osimhen komanda yoldaşı Ademola Lookmanın üzərinə gedib. Wilfred Ndidi-nin müdaxiləsinə baxmayaraq, Viktor Osimhen ilə Ademola Lookman arasında gərgin bir mübahisə yaşandığı müşahidə olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az