Yanvarın 28-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin səkkizinci turu çərçivəsində keçiriləcək “Liverpul” - “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.
Manset.az xəbər verir ki, ən ucuz biletin qiyməti 9 funt sterlinq (təxminən 21 manat) təşkil edir.
Biletlərin qiymətləri 61 funt sterlinqə (təxminən 140 AZN) qədərdir.
Son satış tarixi yanvarın 7-si olaraq müəyyən edilib.
Qeyd edək ki, 61 min azarkeş tutumuna malik “Enfild” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.