"Beşiktaş"ın braziliyalı müdafiəçisi Gabriel Paulista komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, təcrübəli müdafiəçinin vətəni Braziliyaya dönmək istədiyi qeyd edilib. Paulista "Beşiktaş" formasını geyindiyi müddətdə 45 rəsmi oyunda iştirak edib və 1 qol, 3 asistlə performans göstərib.
Məlumata görə, təcrübəli müdafiəçi Gabriel Paulista şəxsi səbəbləri göstərərək ayrılma istəyini klub rəhbərliyinə çatdırıb.