AFFA rəhbərliyi Azərbaycan I Liqasının 12-ci turu çərçivəsində keçirilən “Səbail” – “Şimal” (3:4) oyunu ilə bağlı araşdırmalara başlayır.
Manset.az-ın Azerisport.com-a istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin autsayderə məğlubiyyəti şübhə doğurub.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, “Səbail” dörd qolu cəmi 17 dəqiqə ərzində buraxıb.
Məsələ AFFA-nın müvafiq qurumları tərəfindən nəzarətə götürülüb və oyunun detalları araşdırılacaq.