Dünya ulduzu Neymar "Santos"la müqaviləsini uzatdı 

17:37 - 07 Yanvar 2026

Dünya ulduzu Neymar \"Santos\"la müqaviləsini uzatdı 

Braziliya futbolunun "Şahzadə" ləqəbli ulduzu Neymar karyerasına başladığı klub olan "Santos" ilə olan müqaviləsini rəsmi olaraq uzadıb.


Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, o, Santos ilə olan müqaviləsini dekabr 2026-cı ilə qədər uzatmaq üçün imza atıb.

"Santos" klubu sosial media hesablarında Vila Belmiro stadionunun görüntülərinin yer aldığı və "Zaman yaxınlaşır" ifadəsinin istifadə edildiyi sirli bir video paylaşaraq bu inkişafı duyurub.

33 yaşlı ulduzun bu qərarı verməsindəki ən böyük səbəbin, 2026 Dünya Çempionatı öncəsi müntəzəm oyun praktikası əldə etmək və fiziki olaraq ən yüksək səviyyəyə çatmaq olduğu vurğulanır.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az