"Qəbələ" nigeriyalı hücumçunun transferini açıqladı

20:12 - 07 Yanvar 2026

\"Qəbələ\" nigeriyalı hücumçunun transferini açıqladı

"Qəbələ"qış fasiləsində ikinci transferini reallaşdırıb.


Manset.az xəbər verir ki, klubdan verilən məlumata görə, "qırmızı-qaralar" nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb.

31 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Karyerasına İrlandiyanın "Brey Uonderers" komandasında başlayan futbolçu daha sonra bu ölkədə "Boqemians" və "Uoterford" kimi klublarda çıxış edib.

Son klubu Özbəkistan Super Liqa təmsilçisi "Andijon" olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin "Andijon"un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.

Qeyd edək ki, "Qəbələ" qış fasiləsində daha əvvəl müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az