"Komandamız pley-offa yüksəlməyi haqq edirdi" - Qurban Qurbanov

02:38 - 29 Yanvar 2026

\"Komandamız pley-offa yüksəlməyi haqq edirdi\" - Qurban Qurbanov

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında pley-offa yüksəlməyi haqq edirdilər.


Manset.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Mütəxəssis səfərdə "Liverpul"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunun qarşılaşması ilə bağlı fikirlərini bölüşüb:

"Bu cür hesabla məğlub olmaq istəməzdik, təəssüf hissi keçiririk. Lakin futbolçularımı təbrik edirəm. Keçirdiyimiz 8 oyunda çox risklər aldıq və çətin oyunlar keçirdik. Komandamız pley-off mərhələsinə yüksəlməyi haqq edirdilər. Bu matçda daha yaxşı çıxış edə bilərdik. Bu bizim oyunumuz deyil. Layiqli şəkildə əsas mərhələnin ilk "24-lüy"nə düşdük. Azərbaycan xalıqını təbrik edirəm".

Qeyd edək ki, "Liverpul" - "Qarabağ" oyunu meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə bitib. Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci sırada bitirən "köhlən atlar" tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az