"Qalatasaray" daxili transferdə sabitliyi qorumağı hədəfləyərək və önəmli oyunçulardan olan Lukas Torreira üçün yeni bir müqavilə imzalamağı planlaşdırır.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əvvəlcə Yunus Akgün və Davinson Sançes ilə müqavilələrini uzadan "Qalatasaray" indi də Torreira ilə müqaviləni uzatmaq və onun zəmanətli maaşını artırmaq niyyətindədir.
"Qalatasaray" daxili transfer addımlarına davam edərkən Lukas Torreira üçün yeni müqavilə təklifi hazırlayır.