Transfer işlərini davam etdirən "Beşiktaş" orta sahəsini Kristjan Asllani ilə gücləndirib.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 23 yaşındakı Arnavut futbolçu ilə və onun klubu "İnter" ilə razılaşan "Beşiktaş" bu transferi kiralık olaraq gerçəkləşdirəcək. Müqavilədə məcburi olmayan alqı- satqı opsiyası da olacaq. Mövsümün əvvəlində "İnter"dən "Torino"ya kirayə verilən Asllani burada 15 oyunda meydana çıxıb.
Kristjan Asllani "İnter"in "Torino" ilə olan kirayə müqaviləsini ləğv etdikdən sonra sağlamlıq müayinələri və rəsmi imza üçün Türkiyəyə gələcək.